Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Siyəzən rayonunda 9-cu sinif şagirdi intihar edib.
Siyəzən Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, 16 yaşlı rayon sakini Namiq Hüseynov özünü yaşadığı evin çardağından asıb.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.