...

Hüquq müdafiəçiləri Suriyada əcnəbi jurnalistin öldüyünü bildirirlər

Hadisə Materials 11 Yanvar 2012 19:47 (UTC +04:00)
Suriyanın Hums şəhərində xarici jurnalist ölüb, bir nəfər isə yaralanıb. Bu barədə çərşənbə günü Trend "RİA Novosti"yə istinadən məlumat verir.
Hüquq müdafiəçiləri Suriyada əcnəbi jurnalistin öldüyünü bildirirlər

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Suriyanın Hums şəhərində xarici jurnalist ölüb, bir nəfər isə yaralanıb. Bu barədə çərşənbə günü Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Hüquq müdafiəçilərinin məlumatına görə, jurnalist raket atəşi nəticəsində dünyasını dəyişib.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir. Ölən jurnalistin və yaralanan şəxsin milliyəti dəqiqləşdirilir.

Suriya 9 ay yarımdır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.

Xəbər lenti

Xəbər lenti