Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Xaçmazda zəlzələ olub.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 15:38-də, Xaçmaz rayonu ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkan hiss olunmayıb. Zəlzələ 3,70 maqnitudada, 44 km dərinlikdə baş verib.