...

Bakıda "VAZ 2106" markalı avtomobili qaçıran şəxs tutulub

Hadisə Materials 16 Mart 2012 11:48 (UTC +04:00)
Martın 15-i saat 09:15 radələrində Ayaz adlı şəxs AZNS qəsəbə ərazisində Rövşən Tağıyevi bıçaqla hədələyərək pul tələb etmiş və ona məxsus "VAZ 2106" markalı avtomobilə əyləşərək sürüb gedib.
Bakıda "VAZ 2106" markalı avtomobili qaçıran şəxs tutulub

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Martın 15-i saat 09:15 radələrində Ayaz adlı şəxs AZNS qəsəbə ərazisində Rövşən Tağıyevi bıçaqla hədələyərək pul tələb etmiş və ona məxsus "VAZ 2106" markalı avtomobilə əyləşərək sürüb gedib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ayaz Səfərov elə həmin Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən tutulub və avtomobil saz vəziyyətdə tapılaraq sahibinə qaytarılıb.

Xəbər lenti

Xəbər lenti