...

Bakıda avtomobildən 2 kiloqramdan artıq heroin tapılıb

Hadisə Materials 28 Mart 2012 12:17 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda avtomobildən 2 kiloqramdan artıq heroin tapılıb

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı polisi avtomobildən 2 kiloqramdan artıq heroin tapıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Rahil Baxşəliyevin idarə etdiyi "VAZ-21015" markalı avtomaşına baxış zamanı oradan 2 kiloqram 109 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti