...

Bakıda internat məktəbində yanğın olub, 3 nəfər xəsarət alıb

Hadisə Materials 2 Aprel 2012 12:16 (UTC +04:00)
Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 08:00 radələrində Şüvəlandakı 2 saylı internat məktəbində yanğın olub.
Bakıda internat məktəbində yanğın olub, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda internat məktəbində yanğın olub, 3 nəfər xəsarət alıb.

Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 08:00 radələrində Şüvəlandakı 2 saylı internat məktəbində yanğın olub.

Yanğın məktəbin tədris korpusunda baş verib.

Yanğın zamanı uşaqlar evakuasiya olunub.

Təxminən 2 saata qədər davam edən yanğın zamanı 3 nəfər yanğınsöndürən yüngül xəsarət alıb.

İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib.

Xəbər lenti

Xəbər lenti