Azərbaycan, Bakı, 7 aprel /Trend/
Türkiyənin şimalında Zonquldak əyalətində cümə günü körpünün dağılması nəticəsində ən azı 11 nəfər itkin düşüb. Bu barədə Trend "Today's Zaman"a istinadən məlumat verir.
İki avtomobilin Filyos çayına düşməsi barədə məlumat verilib.
Yerli xilasetmə xidmətinin rəisi Ahmet Güngörün sözlərinə görə, çaya düşmüş avtomobillərdən iki nəfər xilas olunub, 11 nəfər isə itkin düşüb.
Səhər saatlarından hadisə yerində helikopter işləyir. Axtarış-xilasetmə əməliyyatı aparılır.