...

Bakı-Quba yolunda iki yük avtomobili toqquşub, ölən var

Hadisə Materials 27 Aprel 2012 11:42 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı-Quba yolunun 115-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Mercedes-Benz” və “SHACMAN” markalı yük avtomobilləri toqquşub.
Bakı-Quba yolunda iki yük avtomobili toqquşub, ölən var

Azərbaycan, Bakı, 27 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakı-Quba yolunda iki yük avtomobili toqquşub, ölən var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı-Quba yolunun 115-ci kilometrliyində, Siyəzən rayonu ərazisində "Mercedes-Benz" və "SHACMAN" markalı yük avtomobilləri toqquşub.

Nəticədə "Mercedes-Benz" markalı avtomobilin kabinasında olan 1989-cu il təvəllüdlü Elşad Rövşən oğlu Zeynalov hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Zeynalovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti