Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/
"Bakı Kristal Zalı"nda menecer işləyən almaniyalı mütəxəssis bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda menecer işləyən Almaniya vətəndaşı, 1989-cu il təvəllüdlü Tulu Conotman Frendi "Bakı Kristal Zalı"nın ərazisindəki konteynerə girən zaman oradakı qutular başına düşüb. Nəticədə o xəsarət alıb.
Frendi dərhal xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib. Hazırda onun səhhəti normaldır.
"Bakı Kristal Zalı"nda menecer işləyən almaniyalı mütəxəssisin səhhəti normaldır
"Bakı Kristal Zalı"nda menecer işləyən almaniyalı mütəxəssis bədbəxt hadisə nəticəsində xəsarət alıb.
