...

Bakıda 18 yaşlı qızı qətlə yetirən şəxs tutulub

Hadisə Materials 29 May 2012 10:10 (UTC +04:00)
Yasamal Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gecə V.Əliyev küçəsində, 46 saylı evin qarşısında 18 yaşlı Günel Nəsirova 24 yaşlı Pərviz Paşapur tərəfindən bıçaqlanıb.
Bakıda 18 yaşlı qızı qətlə yetirən şəxs tutulub

Azərbaycan, Bakı, 29 may / Trend müxbir K.Zərbalıyeva/

Bakıda 18 yaşlı qızı qətlə yetirən şəxs tutulub.

Yasamal Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gecə V.Əliyev küçəsində, 46 saylı evin qarşısında 18 yaşlı Günel Nəsirova 24 yaşlı Pərviz Paşapur tərəfindən bıçaqlanıb.

Nəsirova aldığı bıçaq xəsarətlərindən hadisə yerində keçinib.

Qətli törədən Şəki rayon sakini Paşapur şübhəli şəxs qismində saxlanılıb.

Qətlə şəxsi münasibətlər zəminində baş vermiş münaqişə səbəb olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti