...

Kürdə batan 52 yaşlı kişinin cəsədi tapılıb

Hadisə Materials 12 İyun 2012 12:52 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1960-cı il təvəllüdlü İlyas Mehdi oğlu Hüseynov Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batıb.
Kürdə batan 52 yaşlı kişinin cəsədi tapılıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Kür çayında batan 52 yaşlı kişinin cəsədi tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1960-cı il təvəllüdlü İlyas Mehdi oğlu Hüseynov Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlayıblar.

Hüseynovun cəsədi batdığı yerdən təxminən 20 m aralıda "Salyan" sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti