...

Füzulidə iki avtomobil toqquşub: bir nəfər ölüb, üç nəfər yaralanıb

Hadisə Materials 3 İyul 2012 14:34 (UTC +04:00)
Füzulidə iki avtomobil toqquşub: bir nəfər ölüb, üç nəfər yaralanıb
Füzulidə iki avtomobil toqquşub: bir nəfər ölüb, üç nəfər yaralanıb

Azərbaycan, Bakı, 3 iyul / Trend müxbir K.Zərbalıyeva/

Füzulidə iki avtomobil toqquşub, bir nəfər ölüb, üç nəfər yaralanıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 3-də saat 00:30 radələrində Füzuli rayonunun "Qarabulaq qışlağı" adlandırılan ərazidə Kürdmahmudlu kənd sakini Mübariz Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı və Mahmudlu-1 kənd sakini Şəmsi Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Əhmədov və sərnişini, Balabəhmənli kənd sakini Alay Ağayev, habelə Hüseynov və sərnişini, Mahmudlu-2 kənd sakini Hünər Şəniyev xəstəxanaya yerləşdiriliblər.

Hüseynov aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Füzuli rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti