...

Azərbaycanda istirahət günlərinin "yol terroru": 8 ölü, 15 yaralı

Hadisə Materials 9 İyul 2012 09:37 (UTC +04:00)
Azərbaycanda istirahət günləri yol qəzaları zamanı 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Azərbaycanda istirahət günlərinin "yol terroru": 8 ölü, 15 yaralı

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda istirahət günləri yol qəzaları zamanı 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə bildirilib ki, son iki gündə bir ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu da şənbə günü Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasıdır.

Məlumata görə, bazar günü iki piyadavurma hadisəsi baş verib. Nizami və Suraxanı rayonlarında yol qəzası zamanı iki piyada vəfat edib. Ölümlə nəticələnən bir yol qəzası isə Tovuz rayonunda qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti