...

Şəmkirdə əhalinin narahatlığına səbəb olan şübhəli şəxs müəyyənləşdirilib

Hadisə Materials 14 İyul 2012 13:04 (UTC +04:00)
Son günlər Şəmkir rayonunda əhalininin narahatlığına səbəb olan şübhəli şəxs müəyyənləşdirilib və onun axtarışı istiqamətində iş aparılır.
Şəmkirdə əhalinin narahatlığına səbəb olan şübhəli şəxs müəyyənləşdirilib

Azərbaycan, Bakı, 14 iyul /Trend müxbir M.Əliyev/

Son günlər Şəmkir rayonunda əhalininin narahatlığına səbəb olan şübhəli şəxs müəyyənləşdirilib və onun axtarışı istiqamətində iş aparılır. Bunu şənbə günü Trend-ə Şəmkir rayon polis şöbəsinin rəisi polis polkovniki Şükür Mehdiyev bildirib.

O qeyd edib ki, bir sıra KİV-də Şəmkir rayonunda bir neçə şəxsin evlərə girərək əhaliyə xəsarət yetirməsi, qoruxtması ilə bağlı yayılan məlumatlar xeyli şişirdilib.

Onun sözlərinə görə, rayon ərazisində şaiyə yayılıb və əsassız yerə panika yaradılıb.

"Rayon prokurorluğunda, polis şöbəsində araşdırma aparılır. Mənzillərə qanunsuz daxil olma maddəsi ilə (mənzil toxunulmamazlığı ilə bağlı CM-in 157-ci maddəsi) cinayət işi başlanılıb. Bu, hansısa ruhi xəstədir, həyətlərə girir, nə pul tələb edir, nə müqavimət göstərir. Yalnız bir nəfər qadın onu tutmaq istərkən qolunu cızıb qaçıb", - Mehdiyev deyib.

Polis şöbəsinin rəisi əhalini təmkinli olmağa və şaiyələrə uymamağa çağırıb.

Xəbər lenti

Xəbər lenti