Azərbaycan, Bakı, 24 iyul /Trend/
Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş 7 nəfər xilas olunub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Xəzər və Sabunçu rayonlarında, habelə Abşeron və Astara rayonlarında dənizdə (4 halda sularda xilasetmə məntəqəsinin ərazisində, 1 halda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 7 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.