...

İranda yenidən zəlzələ baş verib

Hadisə Materials 20 Avqust 2012 12:34 (UTC +04:00)
İranın Lorestan əyalətinin Brucerd şəhərində Rixter cədvəli üzrə 3,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
İranda yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 20 avqust /Trend/

İranın Lorestan əyalətinin Brucerd şəhərində Rixter cədvəli üzrə 3,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla bu saat 04:39-da baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.

Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Xəbər lenti

Xəbər lenti