...

Gədəbəydə yol qəzası olub, iki nəfər yanaraq ölüb

Hadisə Materials 24 Avqust 2012 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend müxbir K.Zərbalıyeva/

Gədəbəydə yol qəzası olub, iki nəfər yanaraq ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobili yolun kənarındakı (10 KV elektrik kabeli keçən) beton elektrik dirəyinə çırpılıb və yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

Nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissəsləri yanıb. Qəza zamanı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinin yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti