...

Ağcabədidə yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb

Hadisə Materials 29 Avqust 2012 19:18 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağcabədi rayonu, Mingəçevir-Bəhramtəpə yolunun 121-ci km-də vətəndaşa məxsus qoşqulu yük avtomobilinin idarəetməni itirərək yolun kənarında dayanmış digər vətəndaşa məxsus "VAZ-21011" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol qəza hadisəsi baş verib.
Ağcabədidə yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağcabədi rayonu, Mingəçevir-Bəhramtəpə yolunun 121-ci km-də vətəndaşa məxsus qoşqulu yük avtomobilinin idarəetməni itirərək yolun kənarında dayanmış digər vətəndaşa məxsus "VAZ-21011" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol qəza hadisəsi baş verib.

Nəticədə "VAZ-21011" markalı minik avtomobilinin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla meyit avtomobildən çıxarılıb aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti