Nigerdə leysan nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Salmanov/
Nigerin paytaxtı Niameydə leysan yağışları və sellər 52 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, baş vermiş təbii fəlakət nəticəsində 400 min nəfər məktəb və məscidlərdə qurulan sığınacaqlarda yerləşdirilib.
Ölkənin şimal əyaləti Aqadezdə 81 kənd sellərdən xeyli ziyan görüb. 44 800 nəfər evsiz qalıb.
Tillaberi bölgəsində 607 hektar çəltik sahəsi məhv olub. Ölkə rəsmiləri çaylarda suyun 1929-cu ildən bəri ən yüksək səviyyəyə çatdığını bildiriblər.