...

Bakıda Fransa vətəndaşına məxsus şirkətdən külli miqdarda pul oğurlanıb

Hadisə Materials 11 Sentyabr 2012 10:26 (UTC +04:00)
Bakıda Fransa vətəndaşına məxsus şirkətdən külli miqdarda pul oğurlanıb.
Bakıda Fransa vətəndaşına məxsus şirkətdən külli miqdarda pul oğurlanıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda Fransa vətəndaşına məxsus şirkətdən külli miqdarda pul oğurlanıb.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 10-na keçən gecə Nizami rayonunda yerləşən, Fransa vətəndaşı Lieve Van Sendenin rəhbəri olduğu "Azərsix" MMC-dən qapını sındırma yolu ilə içərisində 160 min manat olan seyf oğurlanıb.

DİN BCAİ, Bakı Şəhər BPİ CAİ, Nizami RPİ CAŞ, NMB və 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə fəhlə işləyənlər - Gədəbəy rayon sakini Şamil Ələkbərov, Bakı şəhər sakinləri Vüsal Əlifov və Telman Mustafayev sentyabrın 10-da yaxalanıblar.

Xəbər lenti

Xəbər lenti