...

Güclü leysan Şamaxıda elektrik enerjisinin verilməsində müəyyən problemlər yaradıb

Hadisə Materials 11 Sentyabr 2012 13:13 (UTC +04:00)
Güclü leysan Şamaxıda elektrik enerjisinin verilməsində müəyyən problemlər yaradıb.
Güclü leysan Şamaxıda elektrik enerjisinin verilməsində müəyyən problemlər yaradıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Güclü leysan Şamaxıda elektrik enerjisinin verilməsində müəyyən problemlər yaradıb.

Fövqəladə Hallar Nazirliyinin Şamaxı fövqəladə hallar komissiyasının sədr müavini Rüstəm Əliyev Trend-ə bildirib ki, yağan leysan yağışları elə də güclü fəsadlar törətməyib.

Onun sözlərinə görə, hazırda rayonda vəziyyət normaldır, dağ kəndlərinə gedən yollar açıqdır.

Əliyev deyib ki, güclü külək rayonun bəzi yerlərində elektrik enerjisinin verilməsində bəzi problemlər yaradıb, lakin görülən tədbirlər nəticəsində problemlər tədricən aradan qaldırılır.

Qeyd edək ki, sentyabrın 10-dan Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşib, əksər ərazilərdə intensiv yağışlar yağır.

Xəbər lenti

Xəbər lenti