...

FHN Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 1 Oktyabr 2012 18:16 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda tikintisi başa çatmamış hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda tikintisi başa çatmamış hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda Tibb Universitetinin tikintisi başa çatmamış 13 mərtəbəli Cərrahi klinika binasının 11-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər divar üzlüyü və taxta qəliblər 330 kv.m sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdə işləyən 10 nəfər fəhlə yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti