Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Bu gün Suriya ərazisindən atılan mərminin Türkiyənin Akçakale şəhərinə düşməsi nəticəsində biri körpə olmaqla 6 nəfər ölüb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Akçakale şəhərinin meri bildirib.
Aralarında 3 polisin olduğu 13 nəfər ağır yaralanıb.
Qeyd edək ki, sentyabrın ortalarında da bu şəhərə Suriya ərazisindən mərmilər düşmüşdü. Həmin vaxt 3 nəfər yaralanmışdı.