...

Gəncədə 5 yaşlı uşaq faciəvi şəkildə ölüb

Hadisə Materials 8 Oktyabr 2012 11:56 (UTC +04:00)
Azərbaycanda bədbəxt hadisələr nəticəsində 2 nəfər ölüb.
Gəncədə 5 yaşlı uşaq faciəvi şəkildə ölüb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bədbəxt hadisələr nəticəsində 2 nəfər ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da Gəncə şəhəri Kəpəz rayonunun Sevinc qəsəbə sakini 5 yaşlı Əbubəkir Məsimovun başı pəncərənin barmaqlıqları arasında qalıb və nəticədə boğularaq ölüb.

Həmin gün Şəki rayonunun Göybulaq kəndi ərazisində kənd sakini Şəmsəddin Osmanov ot daşıyarkən atdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Osmanov orada ölüb.

Xəbər lenti

Xəbər lenti