...

FHN dünən Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 25 Oktyabr 2012 10:20 (UTC +04:00)
Oktyabrın 24-də axşam saatlarında Bakıda baş vermiş zəncirvari qəza nəticəsində 2 nəfər ölüb, “Mercedes” markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
FHN dünən Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 24-də axşam saatlarında Bakıda baş vermiş zəncirvari qəza nəticəsində 2 nəfər ölüb, "Mercedes" markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Trend cümə axşamı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes", "VAZ", "Opel","Tofaş" markalı minik avtomobilləri, "Qazel", "Ford" markalı yük avtomobilləri, "Mercedes" markalı sərnişin avtobusu və "Hyundai" markalı mikroavtobus zəncirvari toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb, yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Hadisə nəticəsində 2 nəfər olmüş və "Mercedes" markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti