...

ABŞ-da "Sendi" qasırğası nəticəsində azərbaycanlıların zərər çəkib-çəkmədiyi aydınlaşdırılıb

Hadisə Materials 31 Oktyabr 2012 10:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev/

ABŞ-da "Sendi" qasırğası nəticəsində azərbaycanlıların zərər çəkməsi barədə hələlik rəsmi məlumat yoxdur. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

"ABŞ-da cərəyan edən qasırğanın fəsadlarının araşdırılması davam edir. Bu günədək qasırğa nəticəsində ABŞ-dakı Azərbaycan vətəndaşlarının zərər görməsi barədə səfirliyə heç bir məlumat daxil olmayıb", - diplomatik missiyadan bildirilib.

Məlumatda qeyd olunur ki, zərərçəkmişlər olduğu halda ABŞ-ın müvafiq strukturları səfirlikləri məlumatlandırırlar.

Diplomatik missiya qasırğa nəticəsində ziyan görmüş vətəndaşlarımızın səfirliyin Konsulluq şöbəsinə müraciət etməsini xahiş edir.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərini vurmuş "Sendi" qasırğasının qurbanlarının sayı 110 nəfərə çatıb. Qasırğa nəticəsində 7 milyon insan işıqsız qalıb.

Əsasən Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Qərbi Virciniya və Şimali Karolina ştatlarında tələfatlar qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti