...

Bakıda törədilən ağır qətllərlə bağlı rəsmi məlumat yayılıb

Hadisə Materials 12 Noyabr 2012 11:29 (UTC +04:00)
Azərbaycanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Bakının Xəzər rayonunda törədilən qətllərlə bağlı rəsmi məlumat yayıb
Bakıda törədilən ağır qətllərlə bağlı rəsmi məlumat yayılıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Bakının Xəzər rayonunda törədilən qətllərlə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 11-də saat 07 radələrində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb.
Bundan sonra Mənsimov otaqda divara vurulmuş dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib.

Bakı şəhər Prokurorluğu, rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə həmin tarixdə Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti