Azərbaycan, Bakı, 23 dekabr /Trend /
İranın Xoy şəhərində zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bazar günü yerli vaxtla 10:38-də İran İslam Respublikasında, Naxçıvandan 82 km cənubi - qərbdə, Təbrizdən 126 km şimali-qərbdə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd cənub rayonlarında 3.0-2.0 bala yaxın hiss olunub.
Tikililərdə dağıntı və insan tələfatı yoxdur.