...

Suriyada üsyançılar HHQ-nin təyyarəsini vurublar

Hadisə Materials 17 Yanvar 2013 12:55 (UTC +04:00)
Bu gün suriyalı üsyançılar ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarəni vurublar.
Suriyada üsyançılar HHQ-nin təyyarəsini vurublar

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir A.Tağıyeva/

Bu gün suriyalı üsyançılar ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarəni vurublar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Təyyarə Dəməşq yaxınlığındakı Dərya rayonunda vurulub.

Bundan əvvəl Azad Suriya Ordusu ölkədə toqquşmalar başlanandan hökumət qoşunlarının 61 hərbi təyyarəsi vurulduğunu bəyan etmişdi.

Onların çoxu Suriya şəhərlərinin yaşayış məhəllələrinin bombalanması zamanı vurulub. Suriya HHQ-yə təyyarələrin vurulmasından dəyən ziyanın həcmi milyard dollarla qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti