...

Qaradağ rayonundakı nəhəng ticarət mərkəzində yanğın baş verib

Hadisə Materials 3 Fevral 2013 02:45 (UTC +04:00)
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ( hər mərtəbəsi 100 kv.m) şüşə-alkopan konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları, içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanmışdır.
Qaradağ rayonundakı nəhəng ticarət mərkəzində yanğın baş verib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

03 fevral 2013-ci il saat 02:30-dək, ilkin məlumata əsasən: Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ( hər mərtəbəsi 100 kv.m) şüşə-alkopan konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları, içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanmışdır.

Trend-in Fövqaladə Hallar nazirliyinə istinadən xəbərinə görə, yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlamışdır. Bitişik obyektlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti