...

Bakıda SOCAR yanacaqdoldurma stansiyasının qarşısında qəza baş verib, bir nəfər ölüb

Hadisə Materials 11 Fevral 2013 13:26 (UTC +04:00)
Bakının Sabunçu rayonunda iki yük avtomobili toqquşub, sürücülərdən biri ölüb.
Bakıda SOCAR yanacaqdoldurma stansiyasının qarşısında qəza baş verib, bir nəfər ölüb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

Bakının Sabunçu rayonunda iki yük avtomobili toqquşub, sürücülərdən biri ölüb.

Sabunçu rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sabunçu qəsəbəsində, Binəqədi şosesində SOCAR yanacaqdoldurma stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Qəbələ rayon sakini, 1987-ci il təvəllüdlü Rəsulov Ramiq Namiq oğlu idarə etdiyi "Hovo" markalı yük maşını ilə dayanmış vəziyyətdə olan Tofiq Bayramovun idarə etdiyi "Şadman" markalı yük maşınını vurub.

Bayramov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti