...

Şəkidə silahlı şəxslər saxlanılıb

Hadisə Materials 11 Fevral 2013 19:47 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki şəhər polis şöbəsinin əməkdaşları 10 fevral 2013-il tarixində Şəki ŞRPŞ-nin növbətçi hissəsinə daxil olan məlumat əsasında uğurlu əməliyyat həyata keçirib. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərlərində silah və güllə gəzdirən şəxslər saxlanılıb.
Şəkidə silahlı şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Şəkidə silahlı şəxslər saxlanılıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki şəhər polis şöbəsinin əməkdaşları 10 fevral 2013-il tarixində Şəki ŞRPŞ-nin növbətçi hissəsinə daxil olan məlumat əsasında uğurlu əməliyyat həyata keçirib. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərlərində silah və güllə gəzdirən şəxslər saxlanılıb.

Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2013-cü il tarixində Şəkinin "Daşqaya"adlanan ərazisində axşam saatlarında odlu silahdan havaya atəş açaraq hadisə yerindən qaçan 2 şəxs saxlanılıb. Belə ki, əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhər sakini Əsgərzadə Yalçın Hüseynağa oğlu və Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Şəfiyev Anar Fəxrəddin oğlu saxlanılaraq polis şöbəsinə gətirilib.

Keçirilmiş əməliyyat zamanı saxlanılan şəxslərin avtomobillərinə baxış keçirərkən Şəki şəhər sakininin idarə etdiyi 90-KV-101 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobildən 1 ədəd daraq ilə birlikdə "Makarov" tapancası, darağın içində 4 ədəd, avtomobilin ön oturacağında isə 8 ədəd güllə aşkar olunub. Həmçinin Mingəçevir sakininin idarə etdiyi 45-BG-845 dövlət nömrə nişanlı VAZ-21154 markalı avtomobilə baxış keçirərkən qabaq oturacağın altından 4 ədəd "Makarov" tapancasına məxsus güllə aşkarlanıb.

Saxlanılan şəxslərin sorğusu zamanı isə həmin şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.

Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti