...

Fransada iki azərbaycanlının döyülməsi faktı üzrə məhkəmə-tibbi ekspertizanın rəyi məlum olub

Hadisə Materials 28 Fevral 2013 11:43 (UTC +04:00)
Fransa Milli Assambleyasının erməni icmasının nümayəndələri tərəfindən iki azərbaycanlının döyülməsi faktı üzrə təyin edilən məhkəmə-tibbi ekspertizanın rəyi məlum olub.
Fransada iki azərbaycanlının döyülməsi faktı üzrə məhkəmə-tibbi ekspertizanın rəyi məlum olub

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Fransa Milli Assambleyasının erməni icmasının nümayəndələri tərəfindən iki azərbaycanlının döyülməsi faktı üzrə təyin edilən məhkəmə-tibbi ekspertizanın rəyi məlum olub.

Hadisə nəticəsində xəsarət alan Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva cümə axşamı Trend-ə bildirib ki, rəydə əsasən onun üz nahiyəsinə olan xəsarət qeyd olunub. Bundan əlavə Fətəliyevaya aldığı xəsarətlər səbəbindən üç gün ərzində işə çıxmamaq tövsiyyə olunub.

Fətəliyevanın sözlərinə görə, hadisə nəticəsində xəsarət alan digər həmyerlimiz Vüsal Hüseynоva verilən rəydə sınıq xəsarətləri göstərilməyib, əsasən bədənində zərbə yerlərinin, əziklərin olduğu bildirilib.

Fətəliyeva qeyd edib ki, bu rəylər əsasında ayrı-ayrılıqda həm Fətəliyeva, həm də Hüseynоv tərəfindən müvafiq insidentlə əlaqədar cümə axşamı Jandarmeriyaya şikayət ediləcək.
Qeyd edək ki, fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı Vüsal Hüseynоv Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diaspоrunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.

Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürоsunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə "Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbirdə Azərbaycan diaspоru nümayəndələri də iştirak edərək bu gün Хоcalı sоyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar.

Оnların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb оlsa da, Azərbaycan diaspоrunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tariхi fakta əsaslanmadığını bildiriblər. Bundan sоnra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə Azərbaycan diaspоrunun rəhbəri və Hüseynova hücum edərək оnları vəhşicəsinə döyüblər. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti