Azərbaycan, Bakı, 22 mart /Trend/
Bakıda avtomaşınlara qənim kəsilən oğrular yaxalanıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Elmin Şahbazova məxsus "VAZ-2107" markalı avtomaşından faraları, Elçin Əmirbəyova məxsus "VAZ-2106" markalı avtomaşından isə 1 ədəd maqnitofon və avtomaşının sənədini oğurlamış şəhər sakini Əkbər Əsədov tutulub.
Bundan əlavə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Vüsalə Abdullayevaya məxsus "Mercedes" markalı avtomaşından 180 manat pul və qızıl əşyaları oğurlamış şəhər sakini Kamal Mirzəyev tutulub.