...

Saxlanılan dələduzların digər cinayət əməlləri də müəyyən edilib

Hadisə Materials 29 Mart 2013 13:10 (UTC +04:00)
Ağdam RPŞ əməkdaşları tərəfindən axtarışda olduğuna görə tutulmuş Dilafət Xəlilovun digər cinayət əməlləri də müəyyən edilib.
Saxlanılan dələduzların digər cinayət əməlləri də müəyyən edilib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Ağdam RPŞ əməkdaşları tərəfindən axtarışda olduğuna görə tutulmuş Dilafət Xəlilovun digər cinayət əməlləri də müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2012-ci ilin iyul-avqust ayları ərzində Bakı şəhərində yaşayan Laçın rayon sakinləri Vüqar Məmiyevin, Kamil Məmiyevin və Bakı şəhər sakini Xəyyam Ağayevin etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 3.000, 6.500 və 6.800 manat pul alması müəyyən edilib.

Digər dələduzluq cinayətləri törətmiş Rafiq Namazov isə Binəqədi RPİ əməkdaşları tərəfindən yaxalanıb.

Namazovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2009-cu ilin may ayında Bakı şəhər sakini Təzəgül Səfərovanın, 2010-cu ilin avqust ayında Şamaxı rayon sakini Məhəmməd Ələkbərovun, sentyabr ayında Oğuz rayon sakini Sahib Cəmiyevin, oktyabr ayında Bakı şəhər sakinləri Lalə Bədirovanın və 2011-ci ilin aprel ayında Əlibala Şükürovun etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 2.000, 10.300, 12.000, 12.000 manat pul və 30 sot torpaq sahəsini alması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti