...

FHN Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 30 Mart 2013 11:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi şənbə günü Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
FHN Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyi şənbə günü Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda "AMİN" MTK tərəfindən tikintisi davam etdirilən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində taxta qəliblər 2000 kv.m sahədə, yaxınlıqda olan üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 kv.m olan altıotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan beşotaqlı mənzilin mətbəxinin tavanı 12 kv.m sahədə, habelə vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin qabaq və salon hissələri, digər vətəndaşa məxsus "Şkoda" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Üçmərtəbəli yaşayış binasının qalan hissəsi, bitişik yaşayış evləri və yaxınlıqda olan bazar yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb olunub. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, yanğının söndürülməsinə kömək ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti