...

Vəkili müğənni Rəqsanə İsmayılovanın axtarışa verilməsini araşdırır

Hadisə Materials 10 Aprel 2013 16:35 (UTC +04:00)
Müğənni Rəqsanə İsmayılovanın vəkili hazırda polis idarəsində onun axtarışa verilməsinin səbəblərini araşdırır.
Vəkili müğənni Rəqsanə İsmayılovanın axtarışa verilməsini araşdırır

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Müğənni Rəqsanə İsmayılovanın vəkili hazırda polis idarəsində onun axtarışa verilməsinin səbəblərini araşdırır.

Müğənninin köməkçisinin Trend-ə verdiyi xəbərə görə, məsələ aydınlaşandan sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli Trend-ə bildirib ki, müğənni Rəqsanə İsmayılova barəsində axtarış elan edilib. İsmayılovanın axtarışa verilməsinin səbəbi onun vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlıdır.

Onun sözlərinə görə, İsmayılova barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.

İdarənin rəis müavini qeyd edib ki, hazırda iş istintaq mərhələsində olduğundan məsələ ilə bağlı geniş məlumat verilmir və müğənninin istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya paytaxtı Moskvada olan müğənni Rəqsanə İsmayılova özünün "Facebook" səhifəsində bildirib ki, o, artıq Moskvadan Türkiyənin İstanbul şəhərinə yollanıb.

Müğənninin telefonu bağlı olduğundan hələlik onunla əlaqə yaratmaq mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti