...

"Türk Hava Yolları"na məxsus təyyarə partlayış təhlükəsi ilə bağlı təcili eniş edib

Hadisə Materials 16 Aprel 2013 09:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir R.Hafizoğlu/

Bu gün səhər saatlarında İstanbuldan Əfqanıstanın paytaxtı Kabilə uçan "Türk Hava Yolları"na məxsus təyyarə partlayış təhlükəsi ilə təcili eniş edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.

Telekanalın verdiyi məlumata əsasən, təyyarənin pilotu uçuş zamanı təyyarənin kabinəsində sahibsiz cib telefonun olduğunu bildirib və bunun uzaqdan idarə edilən bomba olduğunu ehtimal etdiyi üçün geri dönüb.

Hazırda İstanbulda Atatürk hava limanına təcili eniş edən təyyarədə polis və təhlükəsizlik qüvvələri axtarış aparır.

Son məlumatlara görə, axtarış nəticəsində təyyarədən heç bir partlayıcı qurğu tapılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti