...

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 May 2013 10:26 (UTC +04:00)
Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi xəbərə görə, buna səbəb "İnşaatçılar" stanisyasında qatarlardan birinin sistemində yaranmış nasazlıq səbəb olub.
Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

Hadisə yerində olan şahidlərin Trend-ə verdiyi xəbərə görə, buna səbəb "İnşaatçılar" stanisyasında qatarlardan birinin sistemində yaranmış nasazlıq səbəb olub.

Məlumata görə, sərnişinlər "İnşaatçılar" stansiyasında vaqonlardan boşaldılıb.

Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Trend-ə bildirib ki, ilkin ehtimala görə, problemə səbəb qatarın əyləc sistemində yaranmış nasazlıq olub. Sərnişinlər düşürüldükdən sonra qatar depoya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti