...

Bakıda avtomobillərdən oğurluq edən şəxs yaxalanıb

Hadisə Materials 4 May 2013 11:18 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Səbail RPİ 39-cu və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini Mübariz Bağırov mayın 3-də yaxalanıb.
Bakıda avtomobillərdən oğurluq edən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 4 may /Trend/

Bakıda avtomobillərdən oğurluq edən şəxs yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Səbail RPİ 39-cu və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini Mübariz Bağırov mayın 3-də yaxalanıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, yanvarın 3-də Neftçilər prospektində Zaur Hüseynova məxsus "Wolksvagen" markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisində pul və digər əşyalar olan əl çantasını, mayın 11-də Nizami küçəsində Svetlana Yusibovaya məxsus "Subaru" markalı avtomobildən içərisində 350 manat çanta və İlqar Paşayevə məxsus "Range Rover" markalı avtomobildən eyni üsulla içərsində 200 manat, 2 ədəd mobil telefon, sənəd olan əl çantasını oğurlayıb.

Bundan başqa o, aprelin 5-də R.Behbudov küçəsində Leyla Əliyevaya məxsus "Kia" markalı avtomobildən içərisində ev açarları, eynək, kosmetik əşyalar olan çanta, Xəqani küçəsində Orxan Məmmədova məxsus "Mersedes" markalı avtomobildən içə içərisində qızıl-zinət əşyaları, planşet, dərmanlar və sənədlər olan əl çantasını götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti