Azərbaycan, Bakı, 11 may /Trend/
İranın Şimali Xorasan əyalətinin inzibati mərkəzi Bojnurd şəhərində Rixter cədvəli üzrə 3.1 və 4.2 bal gücündə iki zəlzələ baş verib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
Tehran Universitetinin Geofizika İnstitutu yayında Seymoloji Mərkəzin məlumatına görə, təkanlar yerli vaxtla saat 20:14 və 20:25-də qeydə alınıb.
Birinci zəlzələnin episentri 13, ikincisi isə 5 kilometr dərinliyində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.