Azərbaycan, Bakı, 22 may /Trend, müxbir A. Tağıyeva/
Türkiyənin Şirnak vilayətinin Silopi rayonunda benzin daşıyan tanker partlayıb. Bu barədə Trend çərşənbə günü "CNN Türk" telekanalına istinadən məlumat verir.
Partlayış nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə ağır yaralanıb. Yaralılardan biri Suriya vətəndaşıdır.
Məlumata görə, tanker qaynaq işləri zamanı partlayıb.
Partlayış yerinə gələn təhlükəsizlik qüvvələri hadisənin təfərrüatlarını aydınlaşdırırlar.