Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Zaqatala rayonunun Muxax kəndi ərazisindəki yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 22-də saat 20.00 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində Bəhmədli kənd sakini İldırım Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı və Balakən rayon sakini Murtuzəli Cəlilovun idarə etdiyi "Ford Tranzit" markalı avtomaşınlar toqquşub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş "VAZ"ın sürücüsü Hüseynov orada ölüb.
Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.