Azərbaycan, Bakı, 3 iyun /Trend/
Bakı-Qazax yolunda minik avtomobili ilə yük maşını toqquşub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 53-cü kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub. Nəticədə, "BMW" markalı nəqliyyat vasitəsi ağır deformasiyaya uğrayıb və avtomobildə olan sərnişin Nəzirov Elçin Novruzağa oğlu hadisə zamanı həlak olub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həlak olmuş şəxsin meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.