Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/
Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
İlkin ehtimala görə, yanğına güclü külək nəticəsində elektrik naqillərinin avtomobillərin üzərinə düşməsi səbəb olub.