...

Buşəhr yaxınlığında yenidən zəlzələ baş verib

Hadisə Materials 23 İyun 2013 11:20 (UTC +04:00)
İranın Buşəhr vilayətinin Dəşti və Dəştistan şəhərlərində 4 bal gücündə iki zəlzələ baş verib.
Buşəhr yaxınlığında yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbirlər T.Cəfərov/

İranın Buşəhr vilayətinin Dəşti və Dəştistan şəhərlərində 4 bal gücündə iki zəlzələ baş verib.

Bu barədə Trend İranın MEHR agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, cari ilin aprel ayında Buşəhr vilayətində güclü zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 37 nəfər həlak olmuş, 850 nəfərdən çox şəxs isə yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti