...

Məhkumun anası və həyat yoldaşı həbsxanaya qadağan olunmuş əşyalar keçirmək istədilər

Hadisə Materials 9 İyul 2013 13:04 (UTC +04:00)
Penitensiar Xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkumun anası və həyat yoldaşı həbsxanaya qadağan olunmuş əşyalar keçirmək istədilər

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 8-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1990-cı il təvəllüdlü məhkum Tural Nəsrullah oğlu Tahirovun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Arzu Fikrət qızı Tahirovanın, anası Sürayə Quzu qızı Tahirovanın və qardaşı Tehran Nəsrullah oğlu Tahirovun gətirdikləri sovqata baxış keçirilib.

Baxış zamanı yarpaq dolması olan tavanın dibində xüsusi üsulla düzəldilmiş yerdən 3 (üç) ədəd "Nokia" markalı, 1 (bir) ədəd "Samsunq" markalı, 1 (bir) ədəd "Fly" markalı mobil telefon aparatları, 3 (üç) ədəd "GSM" danışıq kartları, 1 (bir) ədəd mobil telefon üçün nəzərdə tutulmuş ekran, 4 (dörd) ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının başlıqları aşkar edilərək götürülüb.

Qedy edək ki, məhkum Tural Tahirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1 (seksual xarakterli zorakılıq hərəkətləri; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 150.2.3 (seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) və 67.1-ci (hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir) maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti