...

Bakıda qaz borusuna çırpılan avtomobilin sürücüsü ölüb

Hadisə Materials 15 İyul 2013 14:17 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də saat 00:40 radələrində Sabunçu rayonu ərazisində Maştağa qəsəbə sakini Ağaəli Dadaşov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı qaz borusuna vurub və boruda sızma baş verib.
Bakıda qaz borusuna çırpılan avtomobilin sürücüsü ölüb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də saat 00:40 radələrində Sabunçu rayonu ərazisində Maştağa qəsəbə sakini Ağaəli Dadaşov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı qaz borusuna vurub və boruda sızma baş verib.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Dadaşov orada ölüb.

Boruda baş vermiş nasazlıq isə artıq aradan qaldırılıb.

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti