...

Gəncədə başına daş düşən kişi ölüb

Hadisə Materials 22 İyul 2013 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/

Gəncədə 42 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, iyulun 22-də səhər saatlarında Gəncədə bədbəxt hadisə baş verib. Məcburi köçkünlər üçün inşa olunan binada fəhlə işləyən Yevlax rayon sakini 42 yaşlı Salman Əzizovun tikinti zamanı başına daş düşüb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti