...

Bakıda avtomobil nənə və nəvəni vurub, yaşlı qadın hadisə yerində ölüb

Hadisə Materials 30 İyul 2013 10:55 (UTC +04:00)
Sabunçu rayonunda baş verən qəzada avtomobil nənə və nəvəni vurub, 83 yaşlı nənə hadisə yerində ölüb.
Bakıda avtomobil nənə və nəvəni vurub, yaşlı qadın hadisə yerində ölüb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonunda baş verən qəzada avtomobil nənə və nəvəni vurub, 83 yaşlı qadın hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bilgəh qəsəbəsində sürücü Salamov Ağasəlim "VAZ 2101" markalı "10-BB-790" nömrə nişanlı avtomobillə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçən piyadalar - 1930-cü il təvəllüdlü Tamara Mirzəyevanı və onun nəvəsi azyaşlı Mirzəyeva Aysel Tahir qızını vurub.

Nəticədə 83 yaşlı Tamara Mirzəyeva hadisə yerində ölüb. Azyaşlı Aysel Mirzəyeva isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti